Puan vermedi·240 syf.··
2026 23. kitabı
Uzun müddətdir, şans vermək istədiyim bir əsər idi. Buna səbəb, əsər haqqında hər zaman müsbət rəylərlərlə rastlaşmam idi. Atalar demişkən, “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Əsərimizin baş qəhrəmanı Fransa, Parisdə yaşayan Azərbaycan əsilli bir gəncdir. Gəncimiz yazıçı olmaq istəyir, lakin heç cürə ilham tapa bilmir. O bunun üçün Fransadan Marselə doğru səyahət edir və burada təsadüfən “Əfşar” adında bir oğlanla tanış olur. Əsərin əsas hissəsi də məhz bu tanışlıqdan sonra başlayır. Qəhrəmanımız Əfşarın həyatına qulaq asdıqdan sonra, yazmaq üçün məhz onun həyatını seçir. Beləliklə onların dostluqları başlayır, günlər bir-birini əvəzləyir, Əfşar öz keçmişini danışır, baş qəhrəmanımız isə onu kağıza köçürür. Beləliklə biz eyni anda həm Əfşarın təsirli hekayəsinə, həmçinin də yazıçımızın öz həyatındaki problemlərə şahid oluruq. Məncə əsərin yazı dili çox sadə və oxunaqlı idi. Yazıçı vətən həsrətini, ailə dəyərlərini, azadlığ və sevgi hisslərini ən bəsit şəkildə, ya da digər bir adla desək, hamımızın bildiyi amma bildiyinin fərqində olmadığı bir tərzdə dilə gətirib. Oxuduqca sizi öz içinə çəkən bir əsərdir. Xüsusilə Xalid Hüseyninin əsərlərini bəyənən insanlar üçün, çox ideal bir seçimdir. Əsərin bu qədər az bilinmə səbəbi, birazda yeni yerli yazıçı qərəzidir məncə. Bu doqmaları yıxıb, bəzi əsərlərə şans versək, müasir ədəbiyyatda, heç də digər ölkələrdən geridə qalmadığımızı anlaya bilərik.
Madam Floranın Rəngli DaşlarıNicat Kazımov · Fabula Nəşriyyatı · 202087 okunma
·
17 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.