İnsanın etmiş olduğu əməllər onda zaman keçdikcə peşmanlıq hissi yarada bilər. Buna görə də elə davranmağa çalışmaq lazımdır ki, kaş yerinə yaxşı ki deyək. Çünki peşmanlıq sizi dibinə çəkməyə çalışan bir bataqlıqdır. Hər birimiz peşmanlıq yaşayırıq heyif ki. Biz peşmanlıqlarımızı da sevməlimiyik bəs? Bunun üzərinə özüm də düşünməliyəm deyəsən.
Bir neçə panelin ekran görüntüsünü aldım. Əslində kiçik Shoyanın sıxılmaqla bağlı dediyi ifadələr çox da səhv deyil, lakin icra edəndə buna zorakılığı qatır deyə zibili çıxır konkret. Bir neçə səhnədə çoxlu söydüm əlbəttə. Üzsüz hələ qıza fiziki şiddət də göstərməyə çalışır. Yenə də olacaqları bilirəm deyə daha çox əsəbləşə bilmirəm. 2-ci volume-u Samir hədiyyə edəndə oxuyacam mhm.