·328 syf.····Okunma: 21 Nisan 2026 11:15 Bu kitabı ikinci dəfədir oxuyub bitirirəm. Kaş bu kitabı hər bir qadın oxuya bilsə və fərqindəlik qazansa... Çünki bəzən sevgi zənn etdiyimiz hissin əslində daxili boşluqlarımızı doldurmaq üçün seçdiyimiz bir "asılılıq" olduğunu qəbul etmək ağrılıdır. Altından xətt çəkdiyim cümlələr, dəfələrlə dönüb oxuduğum sitatlar məni hər dəfə uşaqlığıma apardı və özümü sorğulatdı. Heç bir qadın təsadüfən sevməz, heç bir qadın boş yerə sevməz. Əslində yaşadığımız münasibətlər təsadüf deyil; keçmişdən gətirdiyimiz, bizə tanış olan o köhnə münasibət qəliblərini bizə yenidən yaşatacaq insanları seçirik. Kitabda uşaqlıqdakı duyğusal laqeydliyin böyüdüyümüzdə partnyor seçimimizə necə təsir etdiyi real nümunələrlə gözəl izah olunub. Amma ən əsası, bu qəlibləri necə dəyişdirə və transformasiya edə biləcəyimizi də bizə addım-addım göstərir. Həm münasibətlərə, həm də özümə olan baxışımı dəyişdirən bir kitab oldu. Hər birimizə şərtisiz sevgilər və sağlam fədakarlıqlar diləyirəm. Özünüzə bir yaxşılıq edin, bu kitabı oxuyun!