6/10
·224 syf.··
2026 11. kitabı
·
5 günde okudu
·
Okunma: 23 Nisan 2026 18:02
Toxunulmayan Duyğular. Haruki Murakami "Qadınsız Kişilər " “Mən qapını heç vaxt  öz açarımla açmazdım ki... o ,zaman anladım getdiyini” Çox zaman kişilər tərəfindən tərk edilən qadınların hekayəsi anladılıb bizə. Haruki Murakami isə bu səfər fərqlilik edərək qadınlar tərəfindən tərk edilən kişilərin hekayələrini qələmə alıb. Bir kişi üçün qadının yoxluğu onun  fiziki olaraq getməsindən qat-qat ağırdır. Qadın gedəndə, kişi sadəcə onu yox, özünüdə itirir. Bu boşluğu heç bir zaman doldura bilmirlər. Bu romanda kişilərin sərt görünüşünün pərdəarxasını  oxuyacağıq. Murakami 7 qəhrəmanın, 7 fərqli hekayəsini şişirtmədən, dramatizə etmədən qələmə alıb. Bəzi duyğular vardır ki, yalnız yaşayan bilər, Murakami də bu duyğuları olduğu kimi çatdırır. Əslində, oxuduqca fərqinə varırsanki, bəzi kişilərin öz günahı olub, tərk edilmək, bəziləri isə heç layiq deyildilər tərk edilməyə. Qəddar, özünü düşünən kişilər olduğu kimi, qadınlarda vardır. Bu kitaba "Empatiya Kitabı" desək daha düzgün olardı. Yazıçı Kafkaya da salam göndərib. "Çevirilmə" romanında insandan böcəyə çevrilən Gregor Samsa, bu səfər isə böcəkdən insana çevrilən "Aşiq Samsa" obrazı ilə qarşımızdadır. "Bir gün sən də qadınsız kişilərdən olacaqsan. O gün, ən kiçik bir xəbərdarlıq etmədən, ən balaca bir ipucu vermədən, heç bir öncəgörü hiss etdirmədən və ya içinə doğmadan, qapını döymədən — heç gözləmədiyin bir anda gələcək." Bəlkədə bəziləriniz üçün o gün gəlib, bəziləriniz üçün isə gəlməyib. "Drive My Car" Bu film birbaşa Murakaminin hekayəsinə əsaslanır, izləməyinizi tövsiyə edirəm. Bu filmdə bir sitat var idi: “Acı ilə yaşamağı öyrənirsən, amma o heç vaxt tam getmir.” Hekayədəki kişilərdə acılarını unutmur, çünki bəzi itkilər unudulmaq üçün deyildir.
Kadınsız ErkeklerHaruki Murakami · Doğan Kitap · 20255,1bin okunma
·
69 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.