Dostoyevskinin "oxşar" əsəri haqqında qısa icmal verim, sonra fikirlərimi yazacam:
(spoiler yoxdur)
Hadisələr kitabın qəhrəmanı Yakov Petroviçin bir gün simaca eynilə özünə bəzəyən, hətta ad-soyadı da özü ilə eyni olan bir adamla qarşılaşmasından bəhs edir.
Yakov özünü vicdanla yaşamağa adasa da, qarşılaşdığı oxşarı onun, xarakterik olaraq, təm əksidir —
Vicdansızdır, yaltaqdır, ikiüzlüdür vs...
Bu oxşar onun həyatına girəndən sonra bir çox şeyini əlindən alır. İş yerini belə. Elə ən əsas da iş yerini. Çünki hadisələr elə bu iş yerinin əhatəsində baş verir. Yakov Petroviç illərlə şərəfli bir məmur olmaq üçün çırpınsa da, yeni gələn oxşarı iş yerində ondan daha çox sevilir...
Bu əsər bir sistemin insanı özünə necə yadlaşdığını tam çılpaqlığı ilə göstərir.
Əsərdə Yakov Perroviç oxşamaq istəmədiyi bu adamdan qaçır. Tək-tük hallarda onu özlüyündə qəbullanmağa çalışsa da, bacarmır. Əslində həmin adam Yakovun oxşarı yox, öz içindəki vicdanının yadlaşma və əqidə arasında qalmış yansımasıdır.
Yakovun içində olmaq istədiyi və olmaq istəmədiyi iki adam əsl "mən"in uğurunda mübarizə aparır.
Hətta əsərdə, diqqət yetirsək, görərik ki, Yakov özü ilə çox az danışır. Özü ilə konfiliktə getməkdən qorxur sanki...
Buna görə də bu əsərdə daxili monoloqlara çox az hallarda rast gəlirik. Rast gəldiklərimizdə də görürük ki, Yakov ancaq özünü danlayır, özündən şikayət edir, özünü söyür vs.
Yakov buna görə özü ilə çox konfiliktə getmir. Qorxur ki, içindəki, olmaqdan qorxduğu adam olmaq istədiyi adama haradasa qalib gələ bilər.
Hətta əsərin bir neçə yerinə diqqət yetirsək, görərik ki, Yakov insanlara çox dəxlisiz situasiyalarda yaxşı biri olduğunu sübut etmək üçün vicdanlı, sadə və əqidəli biri olduğunu tez-tez deyir.
Əslində Yakov bununla olmaq istədiyi adama indesklənir. Onu tərifləyir ki, onu itirməsin.
Yakovun buradakı məqsədi insanlara yox, özünə yaxşı insan olduğunu sübut edib, olmaqdan qorxduğu adamı məğlub etməkdir...
Sistem Yakovdan olmaqdan qorxduğu adam olmasa, başına nələrin gələcəyini, amma sistemin istədiyi kimi olsa, "saxta" Yakov Petroviç kimi rahat qəbullanılacağını diktə edir. Onu, vicdanı ilə gələcəyi, işi və istəkləri arasında buraxır.
Mərhum boksçu Məhəmməd Əli həmişə özünün ən güclü olduğunu vurğulayır. Bir müsahibəsində isə bu haqda ona sual verən jurnalistə deyir ki, "heç vaxt özümün ən yaxşı olduğunu düşünmədim. Bu, sadəcə döyüşü inşa etmək üçün idi."
Belə...
Həmişə olduğu kimi, Dostoyevski bu əsərində də insanın daxili aləminin ətraf-mühitlə necə həmahəng olduğunu gözəl izah edib.
Oxumağa dəyər!