The shape of voice
10/10
·168 syf.··
Beğendi
·
2026 8. kitabı
Bu necə bir volume idi :'( Heç bitsin istəmirdim. O qədər mükəmməl idi ki, sözlərlə necə ifadə edim bilmirəm belə. Net animesindən daha yaxşı idi manga. Sonluğun açıq ucla bitməsi hələ... "A Silent Voice" sözün əsl mənasında səssizcə atılan qışqırtı hissi yaratmağı bacarıb. Bunu deyirəm, çünki filmdə də həm Shoyanın peşmanlıqları üzündən üstündə qalmış olan bütün vicdani yükün ağırlığının yaratdığı səssizlik, həm də Shoukonun fiziki olaraq danışa bilməməsi bu adla çox yaxşı çatdırılıb. Buna baxmayaraq mən filmin orjinal adı "聲の形", yəni "The shape of voice" adını daha çox sevirəm. Səsin özünü səs dalğası olaraq vizuallaşdırmağı bir kənara qoysaq, səsimiz, sözlərimiz, fikirlərimiz fərqli və ya yanlış interpretasiya oluna, anlaşıla bilər. Burada da obrazların bir-birinə olan münasibətinin fərqliliyini, sanki bir növ fərqli "biçimdə" başa düşüldüyünü görə bilərik. Shoyanın keçmiş hərəkətlərinin lənəti böyüyəndən sonra belə onu rahat buraxmırdı. O özünü inkişaf etdirib dəyişdirmiş olsa da. Filmini ilk dəfə 2023-cü ilin fevral ayında izləmişdim. Film mənə o qədər çox təsir eləmişdi ki, səhəri gün birdə ingiliscə dublajlı versiyasını izləyib heyran qalmışdım. Yenə izlədim və deyə bilərəm ki, bu dəfə filmi daha fərqli bir perspektivdən ələ aldım. Bunu 2023-cü ildə izləyəndə əsas fokuslandığım hissə Shouyanın yalnızlığı olmuşdu. Çünki o zamanlar dəhşət asosial biri idim və sadəcə 2 şəxs dost deyəcəyim qədər yaxın idi mənimlə. Və o zamanlardakı Zamin filmlərə daha dərindən baxmağı bacarmırdı tbh. Filmin əsas məqsədi mənim baxışıma görə bu cür insanlara (fiziki məhdudiyyəti olan) qarşı fərqindəlik yaratmaqdan yanaşı olaraq, aidlik hissi, cəmiyyətin linç kültürünün gələcək nəticəsi, bir bullinqin həm zərərçəkən, həm də zərər verənin özü tərəfə olan təsirini göstərmək olub. Xüsusi ilə bizim ölkə kimi linç kültürünün dəhşət geniş vüsət aldığı bir yerdə bunun haqda danışılmasa, olmazdı. Düzdür mən özüm bullylərə qarşı çox sərt bir mövqe tuturam, amma dilə də gətirirəm ki, onlar cəmiyyətə geri qazandırılmalıdır. Həm də bu prosses özü onlar üçün bir cəzadır. Bu filmdə Shouya yaşatdığını yaşadı deyə dəyişib düzgün bir insan ola bildi. Yaşamasa, bəlkə daha da betər bir insan olacaqdı gələcəkdə kim bilir? Aidlik hissi filmin ən mərkəz yeri idi mənə görə. Shouya etdikləri əməllərin bir nəticəsi olaraq bütün dostları tərəfindən zorla kənarlaşmaya məruz qaldı və bu da onda uşaq yaşlarından aid hiss edə bilməmə problemini doğurdu. O heç bir insana, heç bir məkana, heç bir qrupa aid hiss edə bilmirdi. Hətta insanların üzündə bir X görürdü. Bu problem, məncə, demək olar hər kəsin həyatında bir dəfə də olsa yaşamış olduğu hissdir. Evə, universitetə, universitetdəki məcburiyyətdən içində olunan o yerli-yersiz qruplar və s. və i. Ümumən belə ələ alaq. Biz özümüzü kimlərə və ya haralara aid hiss edirik ki? Bu hiss bizdə necə yaranır? Necə əmin olmaq olar ki, ikili dostluq münasibətində belə aidlik hissi var ya yox? Ümumən bu cür mücərrəd bir anlayışın dəqiqliyi üzərinə biz necə dəqiq bir fikir deyə bilərik? Bu sualların cavabları hər bir şəxs üçün fərqli mənalar ifadə edir. Mənim üçün aidlik hissi sadəcə yanında özüm ola bildiyim, rahat hiss etdiyim, dərdlərimi unutduğum, hər hansısa bir xüsusiyyətimə, zövqümə görə mühakimə edilmədiyim mühitlər aidlik hissinin yarandığı yerlərdir. Bu da, təbii ki, normal olaraq çox çox az yaşanır. 2023-cü ildə yalnızlıq baxımından özümü Shouya kimi hiss edirdim, indi isə Shouyanın yanında olan adını unutduğum balaca boy toppuş oğlan kimi hiss edirəm. Shoukonun məsumluğu və özünə nifrəti mənim belə qəlbimi qırdı tökdü. Hər şeyə rəğmən o uşaqlıqda Shouya ilə bir dostluq münasibəti inşa etmək istədi, lakin Shouya bunu əlinin tərsi ilə rədd etdi. Daha sonra isə bunun çox pis peşmanlığını yaşadı. Onsuz hər birimiz həyatımızın müəyyən hissələrində peşmanlıq hissini bir çox səbəbdən yaşayırıq. Seçdiklərimiz, seçmədiklərimiz, əlimizdə olmayan səbəblərdən baş tutmuş hadisələrə və daha neçə səbəbə görə bu hissi yaşayır, bu düşüncələri beynimizdə bir döngə kimi fırladırıq. Etdiklərimizə və ya edə bilmədiklərimizə görə məyus olmalıyıq? Nəticədə bütün bunlar bizi mövcud vəziyyətimizə gətirib çıxarıb. Buna rəğmən onlara nifrət edə bilərik? Bütün bunlar həyatın olan axışının gətirdiyi normal şeylər deyil? Şəxsən mən bunun fərqində olsam da, üstəsindən gələ bilmirəm. Ümid edirəm ki, bir gün əlimdə olmayan səbəblərə görə yaşanmış hissləri, hadisələri beynimdə ilişdirib döndərmədən xoşbəxt yaşamağı öyrənərəm.
A Silent Voice, Vol. 7Yoshitoki Oima · Kodansha Comics · 2016300 okunma
15 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.