Wulf Dorn – "Fobiya"
Kitab haqqında fikirlərim bir az qarışıqdır. Bir tərəfdən o qədər axıcı idi ki, hadisələrin gərginliyi adamı buraxmır, amma sonuna gələndə sanki nəsə yarım qaldı... Müəllif sanki hekayəni tam bağlamadı, daha fərqli bir nöqtə qoya bilərdi deyə düşünürəm.
Amma Saranın yaşadığı o ağır travmalar, özünü itirmə qorxusu və sonda hər şeyə rəğmən ayağa qalxması çox təsirli idi. Bəzən insan həyatın həqiqətən nə olduğunu anlamaq üçün şəkillərdə də altını cızdığım kimi "ağır zərbələr" almalı olur. Saranın aldığı bu dərs bəlkə də onun üçün ən ağır sınaq idi, amma həm də yeni, daha güclü bir həyata başlamasına kömək etdi. Bu tərəfi mənim üçün çox gözəl və mənalı bir mesaj oldu.
Şəkillərdəki sətirlərə mütləq baxın: "İnsanların çoxu həyatlarının dəyərini ancaq sona yaxınlaşarkən anlayır." Həqiqətən də elədir, bəzən xoşbəxtlikləri ayağımızın altına alıb tapdalayırıq, fərqinə belə varmadan...
Ümumilikdə maraqlı bir təcrübə idi. Bəlkə sonu tam istədiyim kimi bitmədi, amma içindəki o psixoloji təhlillər və altı cızılacaq cümlələr üçün oxumağa dəyərdi.
Kitabı 8/10 kimi qiymətləndirirəm.
FobiyaWulf Dorn