Puan vermedi·244 syf.····Okunma: 23 Nisan 2026 18:23 Hasarın o tayında…Hələ də sağam. Əgər buna sağ demək mümkündürsə…
İlk kitab mənə daha təsirli və maraqlı gəlmişdi.
Hekayənin başlanğıcından Bişopun geri qayıdacağını hiss edirdim. Ailəsi nə qədər qarşı çıxsa da, o, Ayvidən vaz keçmədi və sonda yenə də onun arxasınca gəldi. Bu, onun hisslərinin nə qədər güclü və qərarlı olduğunu göstərirdi. Ayvinin isə kitabın əvvəlində yaşadıqları insanı həqiqətən sarsıdır o qədər çətinlikdən keçdi ki, bəzən oxuyarkən yorulduğumu hiss etdim. Buna baxmayaraq, həm Ayvi, həm də Bişop güclü və dözümlü xarakterlər kimi yadda qalır.
Kitab boyunca Mark və Ayvinin bacısı Kalli məndə mənfi təəssürat yaratdı, demək olar ki, hər səhnədə onlara qarşı bir nifrət hiss edirdim. Ən çox sevdiyim obrazlar isə Eşli və Kaleb onların səmimiyyəti və dəstəyi hekayəyə ayrı bir istilik qatırdı.
Sonluğa gəldikdə isə, ən azından onların xoşbəxtliyə çatdığını görmək içimdə bir rahatlıq yaratdı. Bütün yaşananlardan sonra belə bir sonluq oxucuya bir növ təsəlli verir.