9/10
·398 syf.··
2026 11. kitabı
·
16 günde okudu
·
Okunma: 09 Mayıs 2026 23:30
Kitabı ilk səfər oxuduqda o qədərdə təsirli gəlməmişdi və 40’cı səhifələrdə artıq yarım buraxıb insanların mənasız yerə şişirtdiklərini düşünmüşdüm. Üstündən 4 il keçdi və yenə oxumaq qərarına gəldim. İlk növbədi bunu əlavə etməliyəm ki bu kitabı anlamaq üçün müəyyən dərəcədə siyasi fikir formalaşmalıdır. İndi keçək kitab haqqındakı düşüncələrimə. Kitab sanki gerçəkləri bütün çılpaqlığı ilə insanın üzünə vurur. Əvvəlcə fikir vermədiyim, üstündə çox durmadığım və “əslində həqiqətəndə belədir” deyə düşündüğüm çox fikirlə qarşılaşdım. Uinstonun daxili müharibəsini oxumaq xüsusi bir zövq verdi. Kitabın sujet xəttinin heç gözləmədiyim kimi nəticələndiyinidə əlavə etməliyəm. Oruelin heyrətamiz qələmi və aydın fikirləri məni həqiqətəndə valeh etdi
1984George Orwell · Parlaq İmzalar · 2022200,2bin okunma
·
1 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.