·416 syf.····Okunma: 11 Şubat 2026 00:00 Səhv etmirəmsə, kitabı iki il öncə Wattpad-dən oxumuşdum. Ya o vaxt hələ tam yazılmamışdı, ya da başqa kitablar araya girdiyi üçün bitirə bilməmişdim. Əslində alınacaq kitablar siyahımda idi, amma yaxşı ki, almayıb PDF oxudum.
Mövzu çox maraqlı olsa da, yazarın dili məni yordu, o hissi tam ala bilmədim. Sanki bəzi yerlər tam yazılmamış, havada qalmışdı. Kitab sona doğru bir az açıldı və elə bir yerdə bitdi ki, ikinci kitabı oxumaq olar. Ümumiyyətlə, heç bir kitabı yarımçıq qoymaq adətim olmadığı üçün, bəyənməsəm belə axıra qədər şans verməyə çalışıram.