·109 syf.····Okunma: 11 Mayıs 2026 14:33 Godotu gözləmək, azadlıq və ədaləti gözləməkdir.
Godotu gözləmək, xoşbəxtliyi gözləməkdir.
Godotu gözləmək, rifah dolu həyatın gələcəyini gözləməkdir.
Godotu gözləmək, onu gözləməkdir.
Godotun əvəzinə hər bir fenomeni (anlayışı) yerləşdirə bilərik. Godot bizim üçün sadəcə bir ümid deyil, Godot bizim üçün həyatın mənasıdır. Hər bir din, hər bir dünyagörüşü insanın həyatına bu cür məna qatmaqdadır. Diqqətlə nəzər yetirsək Godotu gözləyən insanların saysız-hesabsız olduqlarını görərik. Çünki Godot xilasedicidir. Godot saflığın, paklığın və ülviliyin rəmzidir. Lakin anlamadıq, Godot heç vaxt gəlməyəcək, çünki Godot bizim şüurumuzdan kənarda mövcud deyil. Bizlər sadəcə Godotu gözləyərək vəfat edəcəyik...