6/10
·208 syf.··
2026 51. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Mayıs 2026 13:01
Son günlərdə hər yerdə qarşıma çıxdığı üçün düşündüm ki, bütün işarələr bu kitabı oxumağımı göstərir.)) Roman yeni başlayarkən mənə Nineteen Eighty-Four vibe-i verdi. Nə də olsa, bu da distopik romandır. Fahrenheit 451 — kağızın yanma dərəcəsidir. Romanda elə bir cəmiyyət təsvir edilir ki, orada bütün kitablar yandırılır, hətta onları evdə saxlamaq belə qadağandır. Baş qəhrəman Qay Monteq isə peşəsi kitab yandırmaq olan bir “yanğınsöndürən”dir. Lakin bir gün kitablara baxışı dəyişir. Burada təsvir olunan yanğınsöndürənlər bildiyimiz kimi yanğını söndürmürlər, əksinə, kitab olan evləri və kitabları yandırırlar. Cəmiyyət oxumamalıdır, çünki kitablar insanların gözünü açır, onları düşünməyə vadar edir. Əsas qəhrəman Qay Monteq adlı yanğınsöndürəndir. O, illərlə kitab yandıraraq sistemə xidmət edir və bunun doğru olduğuna inanır. İnsanlar bu dünyada düşünməsin, sual verməsin deyə hökumət kitabları təhlükəli hesab edir. Çünki kitablar insanlara fərqli fikirlər, azad düşüncə və həqiqəti göstərir. Monteqin həyatı qonşusu Klarissa ilə tanış olduqdan sonra dəyişməyə başlayır. Klarissa fərqli düşünən, həyatı hiss edən, suallar verən bir qızdır. O, Monteqdan soruşur: “Sən xoşbəxtsən?” Bu sual Monteqin içində böyük bir boşluq oyadır. O anlayır ki, insanlar artıq həqiqi həyat yaşamırlar. Monteq gizlicə kitab oxumağa başlayır və başa düşür ki, kitablar sadəcə kağız deyil — onların içində insanlığın yaddaşı, düşüncəsi və ruhu var. O, sistemə qarşı çıxmağa başlayır. Amma bu çox təhlükəlidir. Çünki hökumət düşünən insanlardan qorxur. Romanın sonunda Monteq artıq tamamilə dəyişmiş biri olur. O anlayır ki, insanı insan edən şey düşünmək, hiss etmək və həqiqəti axtarmaqdır. Filmi də var, istəyən izləyə bilər.
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 2017108,3bin okunma
·
18 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.