Gönderi

Ekzistensializm
9/10
·121 syf.··
2026 15. kitabı
·
4 saatte okudu
·
Okunma: 12 Mayıs 2026 00:53
Jan Pol Sartrın "Ekzistensializm" kitabı olduqca maraqlı məlumatları ehtiva etməkdən ziyadə, bir neçə dilemma ilə səsləşir, çünki bu kitabda Sartr birbaşa tənqidləri cavablandırıb (sonradan kitab halına salınan mühazirə mətnidir). Kitabda əsasən iki nüans diqqətimi çəkdi: hiss və subyektivlik. Jan Pol Sartrın iddiasına əsasən hiss o zaman qiymətli xarakter daşıyır ki, o fəaliyyət ilə ekvivalentlik təşkil etsin. Olduqca maraqlı düşüncədir. Belə ki, hər hansısa bir hissin qarşı tərəfə ötürülməsi üçün iki vasitə əsas rola malikdir: dil və fəaliyyət. Burada Sartr fəaliyyəti ön plana çəkərək əslində dilin hər hansısa bir hissin ifadəsi üçün əsas rola malik olmadığını qeyd etməkdədir. Fəaliyyət isə əksinə, hissin ifadəsi üçün birbaşa sübutdur. İkinci olaraq Sartr, insanın özünü inşa etməsin zəruriliyini vurğulamaqdadır. Yəni bir insan dünyaya göz açdığı andan qorxaq və ya cəsarətli olmur, onun böyüdüyü mühit və özünü yetişdirməsi onu qorxaq və ya cəsarətli edən əsas faktordur. Lakin Sartr subyektivliyin həddini çox incə sərhədlə ayırd edir. Sartr qeyd edir ki, hər hansısa bir şəxsin ağıllı, qısqanc, paxıl və ya güclü olmasının əsas zəminini bir başqası təmin edir. Yəni insan əslində başqaları vasitəsilə öz mənini inşa edir. Nəticə etibarilə, Sartrın bu iki düşüncəsi olduqca böyük əhəmiyyətə malikdir. Hissin sübutu fəaliyyət, mənin yaradıcısı isə başqasıdır.
1000Kitap
VaroluşçulukJean-Paul Sartre · Say · 19893,854 okunma
·
13 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.