Kitabdakı hadisələr şirkət sahibi olan Yusifin qardaşı Mikayılın ona zəng edib "Allahı tapmışam" deməsi ilə başlayır.Bu zəngdən sonra isə Yusifə xəbər gəlir ki,qardaşı Mikayıl özünü asıb.Ardınca da Yusifin evində partlayış baş verir.
Polislər bu məsələlərdə Yusifi təqsirkar görürlər, nəticədə Yusif daha yenicə tanıdığı Ayana sığınır.Onlar başa düşürlər ki,bu işin arxasında bir iş var və bu baş verənlərin heç biri səbəbsiz deyil.Ancaq polislərin belə onlara inanmaması, Yusifin Ayanla birgə qardaşı yaşadığı ölkəyə getməyə vadar edir.
Məlum olur ki,Mikayıl "Şeytanın kitabı" adlı kitab yazıb və bu kitabda elə şeylər var ki,insanlardan gizli saxlanılır.Əgər kitabda yazılanlar aşkar olunsa,bütün "insanlıq" xilas olar.Deməli,Mikayılın ölümünün də bu kitabla bir əlaqəsi var.Əsərdə qısa vaxt ərzində Yusiflə Ayananın arasında yaranan sevgiyə də şahidlik edirik.Və əmin olun,kitabı oxuduqca təəccübünüzü gizlədə bilməyəcəksiz.
️Bəs görəsən,Mikayılın o kitabda yazdığı "insanların taleyini dəyişəcək olan şey" nə idi?Ayanla Yusif o kitabı oxuyub,həqiqətin fərqinə vara biləcəklər,yoxsa Mikayıl kimi onlar da kitabın insanlardan gizli saxlanılması səbəbilə öldürüləcəklər?
️Qeyd edim ki,kitabda dinlərlə bağlı fikirlər mövcuddur.Sadəcə İslam dininə dair deyil,eyni zamanda digər dinlərlə əlaqədar olan faktlar irəli sürülüb.Bu faktlar həm dinin varlığına,həm də yoxluğuna əsaslanır.Dini mövzularla bağlı mübahisəsi olanlar və dini inanclardan şübhəli olan insanlar kitabı oxuduqca baş qarışıqlığı yaşaya bilərlər. Şeytanın KitabıQaraqan