Gönderi

8/10
·250 syf.··
Beğendi
·
2023 1. kitabı
·
3 günde okudu
·
Okunma: 06 Şubat 2023 00:00
Detektiv mövzuya sahib olan bu kitabda müəllif oxuculara özlərini detektiv kimi hiss etmələri üçün şərait yaradıb. Kilidi ilə məşhur olan bu kitabın yalnız kilidə qədər olan hissəsini oxuyub, şifrəni ipucları ilə tapıb, kilidi açmağı bacardıqdan sonra davamını oxuya bilərsiz. Kitabın bu cür dizaynı insanların kitaba olan marağının artmasına, oxucuların kitabı birnəfəsə oxumasına vəsilə olur. ​Amerikadan İstanbula səyahət edən bir turist dəstəsindən olan Melvin adlı şəxs terror təşkilatı ilə bağlantı yaratmaqda şübhəli şəxs kimi görünür. Və şübhəli şəxs kimi göründüyündən daim nəzarət altında olsa da, naməlum kəs tərəfindən öldürülür. ​Yazıçı Ceyhunhidayətlinin detektiv kitablarının qəhrəmanı Kənan Orucov ona gələn zənglə bu qətli araşdırmağa başlayır. Bəs görəsən, Melvin doğrudan da terrorla bağlantı yaradır? Detektiv Kənan Orucov Melvini kimin öldürdüyünü tapa biləcək mi? ​Detektiv Kənan Orucov əsərdə diqqətimi daha çox öz xeyirxahlığı ilə çəkməyi bacardı... ​Kitabdakı hadisələr uzadılmadan, ardıcıl olaraq baş verdiyindən birdəfəyə oxuyub bitiriləcək kitablar siyahısına daxil edilə bilər. Ceyhun Hidayətli Bəyaz Şeytan
1000Kitap
Bəyaz ŞeytanCeyhun Hidayətli · 0141 okunma
·
4 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.