·400 syf.····Okunma: 12 Şubat 2026 00:00 Özümə söz vermişəm ki, PDF və ya fiziki fərq etmədən 'Asker kurgusu' adı ilə yazılan bütün kitabları oxuyub bitirəcəm. PDF kimi tapmadıqlarımı alacaq, digərlərini isə elə pdf oxuyacam. Bəyənsəm də, bəyənməsəm də hamısını sona çatdıracam. Ki, sonda düzgün qiymətləndirmə edə bilim.
Elə bu kitab da 'yaxşı ki, PDF oxumuşam' dediklərimdən biri oldu. Serinin ilk kitabı sonlara doğru maraqlılaşdığı üçün ikinciyə dərhal başlamaq istəsəm də araya kitablar girdi.
Mövzu gözəl olsa da, istədiyim o duyğunu ala bilmədim. Xüsusilə 'Asker kurgusu' olması məni daha diqqətli yorumlamağa məcbur edir. Çünki digər janrları asanlıqla mənimsəsəm də, bu 'trope'dan olan kitablara qarşı çox həssasam.
Nəticədə, mövzusu yaxşı, amma hissiyatı əksik bir kitab idi.