Hekayəmizin baş qəhrəmanı Rudolf adında orta yaşlarında bir kişidir. Rudolf böyük bir musiqi heyranıdır. Ona musiqini sevdirənlərdən biri isə onun sevimli bəstəkarı Mendelson Bartolddur. Hekayə də məhz, Rudolfun, Mendelson Bartold haqqında kitab yazmaq istəməsi ilə başlayır. Lakin Rudolf nə qədər çabalasa da, tək bir cümlə belə yaza bilmir. Rufolf düşünür ki, onun bu əsəri ərsəyə gətirməsin də, bir çox problem var, məsələn ilk olaraq onun bacısı. Rudolfun bacısı ilə arası uşaqlıqdan bəri yaxşı deyil. Buna əsas səbəb, Rudolfun bacısının daima onun əməllərini və məqsədlərini ələ salması idi. Onun bu əsəri yazmasındaki digər bir əsas əngəldə, Rudolfun ağciyər xəstəliyindən əziyyət çəkməsi idi. Rudolf bu səbəbdən evi gec-gec tərk edir və müxtəlif dərmanlar qəbul edir. O tez-tez öz həyatından şikayətlənir. Günlərin bir günü, Rudolfun bacısı səyahətə çıxmağa qərar verir. Beləliklə Rudolf nəhayət evdə tək qalıb, öz kitabını bitirə biləcəyini düşünür. Əsas hekayədə məhz buradan başlanır. Biz əsərin ilk 100 səhifəsində Rudolfun daxili monoloqlarına və yaşadığı mənəvi böhranlara şahid oluruq. Bəzən hətta bu böhranlar o həddə çatır ki, Rudolf öz canına qıymaq istəyir. Əsərin son 40 səhifəsi isə Rudolfun təsadüfən tanış olduğu xanım Hart'dan və onun həyatından bəhs edir. Bu hissə həm Rudolfun xarakter inkişafında, həm də əsərin gedişatında mühim rol oynayır. Əsərin bu hissəsini qısaca bu cümlələrlə izah etmək olar, “Bəlkə də şikayət etdiyiniz həyat, bir başqasının xəyalıdır...”