Xankəndi...
Eşidəndə dəyişmişəm dünyamı, Çiçəklər də haray salsa, incimə, Demirdinmi:Alacaqsan canımı Ruhum getsə, canım qalsa, incimə. Heç bildinmi, sənnən nələr çəkdi can? Dərdlərinnən bildin necə çökdü can? Bir dənəydi, elə bildin çoxdu can? Vicdanında qanım qalsa, incimə. İstəməzdim ömrüm solan bağ olsun, Mənsizliyin bir dözülməz dağ olsun, Qoymadın ki, bircəciyi ağ olsun Günlər sənə qənim qalsa, incimə. Yurdum-yuvam oldu hara?- Bilməzsən, Ürəyimi bir də qıra bilməzsən, Məzarıma yaxın dura bilməzsən Məni cahan yola salsa, incimə. Kar qəlbini daha necə səsləyim? Sevgidənsə bəlkə nifrət bəsləyim? Daş ürəklim, can çürüdən tərsliyin, Məni sənnən vaxtsız alsa, incimə...
··
128 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
VüsaIe Quluzadeh
Gönderi Sahibi
tesekkur