Martin İden
5/10
·420 syf.··
2026 1. kitabı
·
43 günde okudu
·
Okunma: 16 Mayıs 2026 22:13
Deməli belə nəhayət ki uzun müddətdən sonra bitirə bildim. Mənim cahilliyimdəndirmi , tərcümədə bilmədiyim sözlərin və ya yorucu mürəkkəb cümlələrin çoxluğundandırmı, ya bəlkə yazıçının öz sıxıcı təhkiyəsindəndirmi bilmirəm amma səhifələri bir-bir saya-saya oxuyurdum ki, nə vaxt bitəcək. Bir də ki oxuduğum nəşrdə şriftlər çox kiçik idi, səhifə boyu uzun, bəlkə də ona görə qurtarmaq bilmirdi...Əsərdə bir kuliminasiya nöqtəsi olmalıdır, məncə bu romanda o çox gec gəldi. Martin maraqlı obrazdır, roman da olduqca realdır, uşaq vaxtı oxusa idim yəqin deyərdim ki Ruf haqsızlıq elədi, gərək çətin vaxtında da onun yanında olardı. Amma böyüdükcə insan başa düşür ki hər şey məhəbbətdən ibarət deyil. Həm də belə baxanda axı Ruf Martini heç sevmirdi də. Niyə axı ona dözməliydi? Ruf ona sadəcə heyranlıq duyurdu, elə Martində də eyni idi.. Bir də ki axı ilk Martin "aşiq olmuşdu", bu səbəbdən qızla daha çox vaxt keçirmək üçün çalışanda qızı da özünə aşiq etdi(məncə). Yəni yenə də Rufu günahkar hesab etmək olmaz, ən başda isə ona görə ki, Ruf axı hələ körpə idi, o sadəcə burjuaziya nümayəndəsi ailəsinin aşıladıqlarından başqa bir həqiqətlə tanış deyildi. Martinin burjuaziyaya, bayağılığa nifrət etməsi kitabın ana mövzusudur, amma yenə də haqqında fikir yürütdüyü şairlərin, ədiblərin başlıca Spenser olmaqla heç biri haqqında məlumatımın olmamağı bu mövzularda Martinin həqiqətən nə düşündüyünü, nə demək istədiyini, nəylə mübarizə apardığını tam olaraq müəyyən etməkdə çətinlik yaratdı. Brissenden obrazının gəlməyi ürəyimi isitmişdi, çünki Martini anlayan yeganə adam o idi. Bəlkə də o yaşasaydı Martin də yaşayacaqdı... Kitabın sonlarında Martinin duyğuları daha real təsvir olunmuşdu məncə, ən azından sonları mənə təsir etdi ona görə. Belə, ümumilikdə sıxıcı gördüm, linçləməsəniz belə deyərdim). Amma Martin İden daim mübariz olan insanların simvolu olaraq qalacaq həmişə
Martin İdenJack London · TEAS Press · 0135bin okunma
·
2 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.