ODUN İSRAFI
1/10
·379 syf.··
2026 23. kitabı
·
1 saatte okudu
·
Okunma: 17 Şubat 2026 00:00
Normalda oxuduğum bütün kitablarla bağlı fikirlərimi ayrı-ayrılıqda yazmağa çalışıram. Əgər tamamlanmış bir kitab serisidirsə, hər kitab haqqında ayrıca düşüncələrimi bölüşürəm. Amma bu seri məni o qədər yordu ki, nə hər kitabı ayrıca dəyərləndirmək istədim, nə də ümumiyyətlə sonuna qədər həvəslə oxuya bildim. Sözün əsl mənasında bu kitab mənim üçün tam bir kağız israfı idi. Hətta daha açıq desəm, sadəcə kağız yox, bildiyin odun israfı. İndiyə qədər bəyənmədiyim çox kitab olub. Amma heç biri məndə bu qədər güclü mənfi təəssürat yaratmamışdı. Bu kitabı oxuyarkən tez-tez öz-özümə “Mən niyə bunu oxuyuram?” sualını verdim. Ən böyük məyusluğum isə kitabın “askeri kurgu” adı altında təqdim olunması oldu. Mən askeri kurgu janrını həddindən artıq sevirəm. Bu janrda oxuduğum kitablar insana intizamı, komandaya bağlılığı, fədakarlığı və uniformanın arxasında duran ağır həyatı hiss etdirir. Askeri kurgu sadəcə personajların əsgər formasında olması demək deyil. Əsl askeri kurgu oxucuya o nizam-intizamı, əmrləri, məsuliyyəti, vətən sevgisini, savaşın ağırlığını və bu həyatın yaratdığı emosional yükü yaşatmalıdır. Oxucu kitabı oxuyarkən o atmosferin içinə düşməli, personajlarla birlikdə həmin hissləri yaşamalıdır. Amma bu kitabın askeri kurgu ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Kitabda nə hərbi disiplin hiss olunur, nə də bu janra xas olan atmosfer var. Personajların davranışları, dialoqları və hadisələrin inkişafı askeri kurgu ruhunu qətiyyən əks etdirmir. Sadəcə obrazların hərbçi olması bir əsəri askeri kurgu etmir. Əgər oxucu o gərginliyi, o intizamı və o xüsusi hissi yaşamırsa, deməli ortada bu janrın ruhu yoxdur. Təəssüf ki, bu kitab mənə həmin hisslərin heç birini yaşatmadı. Nə uniformanın ağırlığını hiss etdim, nə personajların daşıdığı məsuliyyəti, nə də bu janra xas olan o xüsusi duyğunu. Sadəcə adı “askeri kurgu” olan, amma bu janrın ruhunu daşımayan bir hekayə idi. Kitaba başlayarkən çox böyük həyəcanım var idi. Çünki həm janrı çox sevirəm, həm də mövzu maraqlı görünürdü. Amma kitab irəlilədikcə bu həyəcan tamamilə məyusluğa çevrildi. Kitabdakı heç bir obrazla emosional bağ qura bilmədim. Xarakterlər mənə çox soyuq və ruhsuz gəldi. Onların düşüncələri, davranışları və duyğuları məndə heç bir təsir yaratmadı. İlk kitabda Azra və Talha arasındakı münasibət də mənə qətiyyən keçmədi. Onların sevgisi və yaxınlığı süni göründü. Duyğularını hiss edə bilmədiyim üçün münasibətlərinə inanmadım. Romantik xətt məndə heç bir emosional təsir yaratmadı. Sadəcə səhifələri çevirdim və kitabın bitməsini gözlədim. Azranın yaşadığı travma isə danışılası deyil. Mənə boş söz yığınından başqa heçnə ifadə etmədi. Seri ilk dəfə çap olunanda iki kitabdan ibarət idi. Sonrakı nəşrlərdə isə üç kitaba bölünüb. Adətən oxucunu düşünən müəlliflər əksinə davranır və kitabları birləşdirərək həm oxucunun büdcəsinə, həm də vaxtına hörmət edirlər. Amma burada bunun tam əksi edilib. Açığı, bu seri üçün xərclədiyim vaxta həqiqətən heyfim gəldi. Yaxşı ki, PDF oxudum dedim. Fiziki kitab olsaydı dəli olardım bəlkə də İlk dəfədir ki, bir kitab haqqında bu qədər sərt fikirlər yazıram. Amma düşünürəm ki, belə kitablar səbəbindən Wattpad-də həqiqətən oxunmağa dəyər olan, güclü qələmi və təsirli hekayələri olan müəlliflər lazımi dəyəri görə bilmirlər. Qısacası, kitab Serisi, Nə askeri kurgu olaraq məni qane etdi, nə romantik xətti ilə təsir bağışladı, nə də obrazları ilə yadda qaldı. Sadəcə bitirdiyimə sevindiyim kitablardan biri oldu.
UmutMelek Kaş · Efsus Yayınları · 2022195 okunma
·
46 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.