Müsyo Jordan əsərini oxumağa onun dövrün reallıqlarını və cəmiyyətin vəziyyətini satirik dillə tənqid etdiyini bilərək başlamışdım. Müəllifin o zamankı mühiti, insanların düşüncə tərzini və dövrün cahilliyini bu şəkildə əks etdirməsi olduqca uğurludur. Əlbəttə, bunun bədii və satirik bir komediya əsəri olduğunu nəzərə alsaq, verilən mesajları müəyyən qədər anlamaq olar.
Xüsusilə Müsyo Jordan və Dərviş Məstəli şah vasitəsilə cəmiyyətin o zamankı vəziyyətinin, elmsizliyin və mövhumatın təqdim olunması real görünür. Müəllifin yerli mühiti ifşa etmək üçün etdiyi xüsusi vurğular əsərin ümumi ideyasına xidmət edir.
Ümumilikdə, əsər olduqca maraqlı, axıcı və düşündürücüdür. Dövrün sosioloji mənzərəsini görmək istəyən oxucular üçün maraqlı məqamlar var.