Puan vermedi·250 syf.····Okunma: 23 Mayıs 2026 00:42 Qəbiristanlıqda başlayıb elə qəbiristanlıqa da da bitən sevgi hekayəsi.....
.
İnsanları bəzən yaralar birləşdirir... ehtiyac duyduğu sevgini başqa bir ruhda tapması bir birinə bağlayır.... Eləcə də Fərəh və Orxanda olduğu kimi...
.
Valideyinlərini itirmiş hər iki gənc məzarlıqda təsadüfən qarşılaşırlar. Bu qarşılaşma hər iki gənc üçün yeni bir hekayənin başlanğıcı olur.
.
Hər başlanğıcın bir də sonu vardır. Və hər son bizi sevindirirmi?!
Yazıçının kitaba verdiyi ad da boşuna deyildi: "Aciz qalan ulduzlar"
"Biz səninlə heç vaxt ayrılmayacağıq.Uzaq məsafələr həmişə ulduzların yanında aciz qalacaq."
.
Acizlik bəzən verilən və tutula bilməyən sözlərdə, bəzən isə məsafələrdə idi.....