·192 syf.··Beğendi
···Okunma: 23 Mayıs 2026 10:02 Willy Wonka & the Chocolate Factory (1971) filmi ilə bağlı Gene Wilder demişdi ki "İlk görünəndə axsaya-axsaya gələcəm, sonra qəfil yıxılıb salto vuracam ki, tamaşaçı mənim nə vaxt yalan, nə vaxt doğru dediyimi heç vaxt seçə bilməsin." Bu düşüncəsinə heyran olmuşdum rəsmən. 1971 versiyasından əvvəl Charlie and the Chocolate Factory (2005) izləmiş olmama rəğmən burda Gene Wilder-in axsayaraq gəldiyini görəndə bir anlıq "Məgər Wonka axsayırdı?" deyə düşündürmüşdü məni o salto vurduğu ana qədər... Halal olsun deyirəm başqa da heçnə... Nə qədər müəllif özü Gene Wilder-i bu rola uyğun görməsə belə mənim çox xoşuma gəlmişdi filmin 1971 versiyası...