10/10
·128 syf.··
Beğendi
·
2025 19. kitabı
·
22 günde okudu
·
Okunma: 26 Temmuz 2025 00:00
İnsan psixologiyası ilə yaxından maraqlanan biri olaraq, əvvəldən Freudu və onun fikirlərini çox bəyənirdim. Məhz onun düşüncələrini daha yaxşı anlamaq üçün bu kitabı oxudum və həqiqətən də oxuduğum ən yaxşı kitablardan biri oldu. Aforizmlər qısa olsa da, insan davranışları, düşüncələri və şüuraltı ilə bağlı çox dərin mənalar daşıyır və oxucunu uzun müddət düşünməyə vadar edir. Kitabda elə fikirlər var ki, sanki insan psixologiyasını tam dəqiqliklə ifadə edir. Məncə, kitabın ən güclü tərəfi də budur — cümlələr sadədir, amma mənaları olduqca dərindir. Psixologiyaya marağı olan insanlar üçün həm faydalı, həm də düşündürücü bir kitab olduğunu düşünürəm.
Aforizmalar (Sigmund Freud)Sigmund Freud · Siyah Beyaz Yayınları · 2020384 okunma
·
1 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.