·176 syf.··Beğendi
···Okunma: 04 Haziran 2025 00:00 Ikigai oxuduğum ən maraqlı və fərqli kitablardan biridir. Kitabın əsas ideyası insanın öz həyat məqsədini, yəni ikigaisini tapması üzərində qurulub. Kitab Yapon həyat tərzi, mədəniyyəti və uzunömürlülük anlayışı haqqında da dəyərli məlumatlar verir. Qidalanma, gündəlik vərdişlər və sadə həyat tərzi kimi mövzular çox rahat və anlaşıqlı nümunələrlə izah olunur. Mənim fikrimcə, kitab həm yüngül, həm də maraqlı bir əsərdir.
Ən təsirli tərəfi isə insana tələsmədən, həyatı daha sakit və dərin şəkildə düşünməyi xatırlatmasıdır. Düşünürəm ki, həyatı xaos içində olan və daim tələsən hər kəs üçün oxunması gərəkli kitabdır. Mən özüm də gələcəkdə yenidən oxumağı düşünürəm.