Gönderi

4/10
·544 syf.··
2026 84. kitabı
·
21 saatte okudu
·
Okunma: 24 Mayıs 2026 14:51
Bu kitab mənim fantastik janra atdığım ilk addım idi. Bilərəkdən böyük, ağır və beynimi yoracaq bir dünya seçməmişdim; məqsədim sadəcə yumşaq bir keçid etmək, bu janrın dadını xəfifcə hiss etmək idi. Bir Wattpad kitabı seçərkən gözləntilərimi çox yüksək tutmamışdım, bəli, amma kitabın son səhifəsini bağlayanda içimdə qalan o qəribə boşluq hissini də heç gözləmirdim. Əslində hər şey mənim üçün ən vacib olan yerdə — hekayənin tam başladığı nöqtədə qırıldı. Baş qəhrəmanın heç bilmədiyi bir kitab kainatına düşdüyü anı, o ilk saniyələrdəki şoku, qorxunu, çarəsizliyi və o dünyaya uyğunlaşmaq üçün verdiyi mübarizəni oxumaq, onunla birlikdə sarsılmaq istəyirdim. Amma yazıçı bizi birbaşa keçiddən üç il sonraya atdı. Halbuki oxucu ilə xarakter arasında o qırılmaz bağı quracaq ən dəyərli mərhələ məhz o ilk anlar idi. O sehrli keçid yazılmadığı üçün, sanki hekayənin ruhu lap başdan yarım qalmışdı. Zaman keçdikcə qızın "ana hekayəyə təsir etməmək" üçün davamlı özünü geri çəkməsi, hadisələrdən qaçması məni yormağa başladı. Bu qaçış hekayəyə sirr və ya maraq qatmadı, əksinə, bütün enerjini aşağı saldı. Mən qorxub gizlənən deyil, öz cığırını açan, səhvlər edən, taleyə meydan oxuyub hekayəni dəyişdirən cəsur bir qəhrəman oxumaq istəyirdim. Ən böyük xəyal qırıqlığım isə o "pis" xarakter oldu. Kitab boyu qulağıma davamlı olaraq onun nə qədər təhlükəli, nə qədər amansız olduğu pıçıldandı. Amma mən bunu bircə an belə hiss edə bilmədim. Çünki bizə onun qorxulu tərəfləri göstərilmədi, sadəcə "o pisdir" cümləsi təkrarlandı. Bir xarakteri dərin etmək üçün təkcə sözlər bəs etmir axı... Ümumiyyətlə, kitabda xarakterlərin iç dünyası o qədər zəif işlənmişdi ki, münasibətlər ön planda olsa belə, o duyğuların səmimiyyəti mənə keçmədi. Ən acınacaqlısı isə o idi ki, fantastik kainat sadəcə cansız bir dekor kimi arxa fonda qalmışdı. Dünyanın qaydaları, o vahiməli atmosfer, ruh, sehr... heç biri yox idi. Mən fantastik bir dünya oxuduğumu yox, sadəcə fərqli bir fonda cərəyan edən adi bir sevgi hekayəsi oxuduğumu hiss etdim. İlk dəfə fantastika oxuyan biri kimi, o məşhur "başqa dünyaya düşmək" sehrini, o həyəcanı iliklərimə qədər yaşamaq istəyirdim. Təəssüf ki, kitab məndə o qığılcımı yandıra bilmədi. Yenə də haqsızlıq etmək istəmirəm; yazarın dili kifayət qədər axıcı idi, özünü oxutdururdu, buna görə də kitabı yarımçıq qoymadım. Amma kaş ki... Kaş ki, ilk fantastik təcrübəm belə olmazdı.
Yan Karakter 1Sareinn · Guardian Yayınları · 2026141 okunma
·
13 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.