İlk tanışlıqdan artıq diqqətimi cəlb etmişdi bu əsər. Ara-sıra yorularaq kitabı örtmək istəsəm də Ka'nın xarakterini anlamaq istəməm buna imkan vermədi.
Digər tərəfdən yazar əsəri öz dilindən yazır, Ka'nı öz dostu adlandırır. Biz Orhan Pamuku Ka'nın şeirlərini tapmaq, Ka'nın ölümünü araşdırmaq üçün dostunun nəfəs aldığı hər yerə gedir,onun dialoq qurduğu hər insanla tanış olurdu.
Mən Ka'nın həqiqətən var olan bir şair olduğuna inanıram. Yoldaş Ka 12 il Frankfurtda sürgün həyatı yaşayıb, anasının ölümü ilə əlaqəli vətənə qayıdır. İstanbuldan Qarsa son zamanlar din və Atatürk adı altında baş verən hadisələrin mənbəyini öyrənmək üçün reportaj adı altında gəlir.
Qarsda uzunmüddətli tənhalığın, sevgisizliyin təsiri altında tələbəykən sevdiyi, Qarsın millət vəkili ilə evliliyi olmuş İpəklə qarşılaşır. O İpəklə Frankfurta gedib xoşbəxt olmaq xəyalları qürur. Etdiyi hər hərəkəti də bu xoşbəxtliyin təməli olaraq yerinə yetirir.
Ka qorxaqdir, Ka bədbəxtdir, Ka sevir- Ka şairdir.
Ka'nın həyatınin fonunda 1900-cu illər Turkiyəsinin vəziyyəti ilə tanış oluruq. Ka'nın gözündən çaşqın Qars vətəndaşının türkçülük və müsəlmanlıq ideyaları arasında sıxılıb qaldığını görürük.
Əsərin diqqət çəkən digər hissəsi isə Ka'nın yaşıl şeir dəftəridir. Ka şeirlərini qar dənəsinin budaqlarına yerləşdirir və qar dənəsini insan həyatına bənzədir. O şeirləri oxumağı çox istərdim. Bəs bunlar Pamuk'un təxəyyülüdürsə.....