·504 syf.··Beğendi
···Okunma: 27 Mayıs 2026 15:47 Hadisələr 1918-ci ildə başlayan qrip pandemiyası zamanı Pia və ailəsinin başına gələnlərdən bəhs edir. Oxuduqca sanki 2020-ci il Covid 19 zamanı yaşadığımız qorxular, evlərə qapanmağımız yadıma düşürdü.
Pia atası müharibəyə gedəndən sonra, anası və əkiz qardaşlarıyla qalır. Pandemiya başlayana qədər hər şey normal davam edir. Pandemiya başlayandan sonra anasını itirir, 4 aylıq qardaşlarına baxmalı olur. Yemək tapmaq üçün evdən çıxarkən onları 1-2 saatlıq evdə tək qoyur amma yolda qripə yoluxur və 1 həftə kilsədə müalicə olunur. Sağalıb evə qayıdanda qardaşlarını tapmır.
Hadisələr Pianın başına gələnlərlə və qardaşlarını axtarma cəhdləriylə davam edir. Görək Pia qardaşlarını tapa biləcəkmi?