İnsanı insan edən onun hissləri və emosialarıdır. Ümumən bunu deməyə çalışır mangaka, məncə. Cəhənnəmdən gəldiyi düşünülən varlığın insanı, insan olmağı və həyatı anlamaq üçün əməyini vizuallaşdırmağa çalışan bu seri olduqca uğurlu iş görməyə yenə də davam edir. Ən təməl həzz və istəklərdən məhrum bir canlı necə bir insanın yerini tam tuta bilər? Cavab vermək olduqca müşküldür. Sadəcə kopyalamaq özü heç vaxt kifayət etməyəcək. Yoxdan var olan bir "beast" də olsan, o duyğular yaşanacaq. Ümid edirəm ki, gələcək bölümlərdə bu məsələ daha da dərindən ələ alınar.
Bu manga serisinə nəsə ciddi review yaza bilmirəm e, amma çox nəfəs kəsən tipdə olduğunu deyə bilərəm. Çox da qorxu sayıla bilməz, ancaq qoca kişinin çevriliş səhnəsi tam olaraq mhmmm idi. Və internetdə mlm deyil yazılsa da, biz reallığın və mangakanın məqsədinin nə olduğunu bilirik