Kitabın baş qəhrəmanları narkotik asıllığından əziyyət çəkən gənc bir cütlükdür. Kitabda bir növ onların gündəliyi kimi yazılıb. Kitabın 3 əsas başlığı var, “O və Həvva” , “Həvva və O” və “Həvva və qızı”. Başlıqların ilki oğlanın gözündən, ikincisi qızın, yəni Həvvanın gözündən, üçüncüsü isə adından məlum olduğu Həvva və qızının gözündən yazılıb. Biz kitab boyu oğlanın adını öyrənmirik. Yalnızca Həvvanı və onun ətrafındaki insanları tanıyırıq. Hekayə xarici ölkədə keçdiyi üçün digər obrazların adları da xarici adlardır. Mənim üçün isə bu obrazlar arasından ən yadda qalanı Leo oldu. Leo istər dünyaya baxışı, istər dünyagörüşü, istərsə də fəlsəfə biliyi ilə məni özünə çəkməyi bacardı. Çox təəssüf ki biz kitab boyu onu çox az görürük.
Kitabın qısaca çatdırmaq istədiyi mesaj isə, narkotikin nə qədər pis bir şey olduğudur. Lakin klassik mətnlərdən fərqli olaraq, 47-ci xromosom kitabında, yazıçı bizi narkotik aludəçiləri ilə güclü şəkildə empatiya qurmağa sövq etdirir. Həmçinin yazıçı Bizlərə “onlar asıllıdır, onlardan uzaq durmalıyıq” fikrinin əvəzinə “onlarda insandır, onlara əlimizi uzatmalı və onlara yardım etməliyik” firkini aşılamağa çalışır. Mən əsəri bəyəndim, xüsusən ilk səhifələri özünü oxutdururdu. Yeri gəlmişkən, bu roman yazıçının 4-cü romanıdır. O bundan başqa, “Mənim lənətlənmiş dünyam”, “Onu sevməyə məhkumam” və “Qullar” adlı romanlarında müəllifidir.
Həmçinin bu kitabı xüsusi qılan bir digər xüsusiyyətdə, kitabın özünə xas musiqi playlisti olmasıdır. Siz onu oxuyarkən, kitabda keçən musiqiləri dinləyə bilərsiz. Kitabın içinə bu musiqilər aiddir:
Hi Profile - Harmony
Hi Profile - Dead or alive
Hi Profile - Mediterranean
Hilight Tribe - Free Tibet
Relativ - Gayatri
Fable - Temple of Light
Technical Hitch - Mama İndia
Technical Hitch - Reborn
Shanti People - Hanuman Chalisa
Fatima Yamaha - What's a girl to do
Technical Hitch - Voice of İsrael
Elgiva - Arabian Cry