·223 syf.··Beğendi
···Okunma: 26 Ağustos 2025 00:00 Bu kitab haqqında ilk deyəcəyim şey odur ki, həqiqətən çox bəyəndiyim kitablardan biri oldu. Onu həyatımın bir az çətin və qaranlıq dövründə kəşf etdim və oxumağa başladım. Düşünürəm ki, kitabın mənə bu qədər təsir etməsinin səbəblərindən biri də məhz həmin vaxt qarşıma çıxması idi.
Oxuduqca hiss etdim ki, kitab insanın özünü daha yaxşı tanımasına və həyata fərqli gözlə baxmasına kömək edir.
Ümumiyyətlə, Louise Hayın kitablarını həmişə motivasiyaedici və faydalı hesab etmişəm. Bu kitab da məndə eyni təəssüratı yaratdı.
Gələcəkdə müəllifin digər kitablarını da oxumağı düşünürəm. Şəxsi inkişaf mövzusuna marağı olanlara isə bu kitabı tövsiyə edirəm.