·224 syf.····Okunma: 09 Haziran 2026 11:07 Dünyanı dəyişən qığılcımlar. Belə bir başlıqdan istifadə etməyimin əsas səbəbi bu kitabda sadəcə təqdim olunan çıxışları oxumaqla qalmayıb, daha geniş bir bucaqdan baxmağa çalışmağımla bağlıdır.
Kitabda demək olar ki, son iki əsrə aid daha çox siyasi xadimlərin çıxışları qeyd olunub. Bu çıxışları qığılcım adlandırmağımın səbəbi həmin dönəmdə ən lazımı anda edilmiş çıxışlar olmasıdır. Əgər dəyişmək üçün lazımi şərait olmasa idi bu çıxışlar bir əhəmiyyət kəsb etməyəcəkdi. Baş verən bütün hadisələr uzun müddətli proseslərin nəticəsində baş verir.
Bizə təqdim olunan nitqlər baxış bucağımızı genişləndirməklə yanaşı həm də müəyyən tarixi hadisələrə işıq salır. Lakin yenə də bu çıxışların tərtibatında cüzi də olsa qərəz müşahidə etmək mümkündür.
Həm incə nüanslara toxunuşları, həm həmin natiqlərin üslubları bir natiqlik dərsi mahiyyəti daşıyır.
Bu kitabdan daha çox zövq almaq və daha çox faydalı olması tarixi bir maraq və bilik tələb edir.