·218 syf.····Okunma: 10 Haziran 2026 12:43 Hər bir kitab, öz doğru zamanında oxuduğunduğuna inananlardanam. Lakin, düzünü desəm, çox təəssüfləndim bu kitabı oxumağa gecikdiyim üçün.
Oxuduqca sanki öz məktəb illərimi xatırladım, məktəb və ətrafında baş verən hadisələri isə qəribə şəkildə öz oxuduğum məktəb fonunda xəyalımda canlandırdım. Eləcə də, sirkə getdiyim ilk zaman anidən ağlıma gəldi. Kitabı oxuduqca unutduğum, amma beynimin bir guşəsində tozlanıb qalmış xatirələrin gün üzünə çıxması ayrı xoşbəxtlik gətirdi.