Həm hekayənin daha da dərinləşməsi, həm də obrazların hisslərinə nəzər salması məni olduqca şad etdi. Bu səbəbdən əslində qiymətim 4.5☆-dur. Lakin burda yarım bal vermək olmur, təəssüf ki.
Obrazımız ölü bir bədənə keçən bir canlı olsa da, artıq insani dəyər və duyğuları anlamağa, iliklərində hiss etməyə başlayıb. Bunu son bölümdə görmək mümkündür. Yoshiki ilə danışanda sevgidən bəhs etməsi elə bunun ən böyük nümunəsidir. O bir hissə sahibdir ki, ona zərər verməkdən çəkinir və beləcə dağlara geri qayıtmaq istəyir. Biz də eynilə Hikaru kimi sevdiklərimiz üçün daha yaxşısı oldusun deyəv ya qorumaq məqsədli özümüzü uzaqlaşdırırıq. Bu nə qədər ağrılı bir prosses olsa da, bəzən edəcək başqa bir seçim şansı qalmır insanın əlində.
-"An' I— well, being with you has been so much fun... I might just be subatitute fer Hikaru but— you've done so much fer me. I love you, Yoshiki. I don't know what this feelin' is, if it's romantic love or platonic love. But no matter what, that's how I feel."—Hikaru