Puan vermedi·300 syf.··
Beğendi
·
2026 45. kitabı
·
31 günde okudu
·
Okunma: 17 Haziran 2026 14:03
"Əgər insan ömrünün sonuna qədər öz uşaqlığını qoruyub saxlayırsa, deməli, o, yaxşı insandır." Mustay Kərim Müsahibələrinin birində Zahid Xəlil deyir ki, uşaq yazıçısı yaşlı uşaqdır. Mən 75 yaşlı uşaq olmağımla fəxr edirəm. Haqqında danışanda adətən adından əvvəl "uşaqların sevimlisi" deyirlər. Amma o, təkcə uşaq ədəbiyyatı yazmayıb. Elə bu kitabında da kifayət qədər böyüklərin də oxuyacağı hekayələr var. Uşaq ədəbiyyatı bəzən böyük əsərlərdə yazıla bilməyən məqamları çatdırmaq, bəzən bunu həm həcmi etibarilə, həm də adı ilə, yəni uşaq ədəbiyyatı adı ilə böyüklər üçün əsər yazmaq baxımdan əvəzsizdir. Zahid Xəlilin son vaxtlarda çap olunan kitablarından nəsr əsərlərinin(91 hekayə) yer aldığı "Kralın kreslosu" kitabındakı hekayələr uşaqların dünyagörüşünün formalaşmasında, əxlaqi və mənəvi tərbiyəsində və onlarda müsbət xarakter formalaşmasında, şübhəsiz, böyük rolu olacaqdır. Bəzi hekayələr də var ki, onları duymaq üçün Zahid Xəlillə şəxsi tanışlığınız olmalı, hekayələrin yaranma hekayəsini onun dilindən dinləməlisiniz. Bu cəhətdən özümü çox xoşbəxt hiss edirəm. Xüsusilə bəyəndiyim bir neçə hekayə var: "Kralın kreslosu", "İki parıltı", "Bağırmaq istəyən adam", "Quyunun dibindəki adam", "Güzgü", "Körpə nəğmənin nağılı", "Boz yalan", "Dünyanı özü ilə aparmaq istəyən Bəşir" və s. Bunlar heç şübhəsiz uşaq hekayələri deyil. Yazıçının yaşadıqları, öz şəxsi duyğuları, dostları haqqında, cəmiyyətdə gördüyü haqsızlıqlar uşaq hekayələrinin cibində gizlənmiş həqiqətlərdir. Bu yazını kitabı özüm oxuduğum vaxt qeyd etmişdim, burada da qalsın istədim. Bu dəfə isə oğluma oxudum bu kitabı, mənim Zahid müəllimim onun Zahid babası oldu.
Kralın KreslosuZahid Xəlil · 3 Alma · 202116 okunma
·
21 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.