Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

174 syf.
4/10 puan verdi
·
3 günde okudu
Keçən günlərdə Somerset Moemin "Teatr" romanı haqqında kiçik araşdırma zamanı belə bir məlumata rastlamışdım. S. Moem hər dəfə yeni roman yazmağa başlamazdan əvvəl "Kandid" əsərini oxuyurmuş. İndi gəl, bu məlumatdan sonra rahat dur, əsəri oxuma. 🤭 Volter yüksəkçinli məmurlara qarşı yazdığı həcvlərə görə iki dəfə Bastiliya qalasında həbs olunub. Həyatının sonrakı mərhələsində ömrü İngiltərə sürgünlüyündə keçib. Deyilənə görə, həbsxanadan çıxanda özüylə bərabər ona uğur gətirən gələcək əsərlərinin qaralamalarını da götürübmüş. Bu yerdə yenə Dostoyevski yada düşməsin, neyləsin? Bəlkə zalım oğlu Jironovski "Yaxşı yazıçıların yetişməsi üçün onları bir neçə illik həbsə atmaq lazımdır" deməkdə və Putini göz yaşlarına qədər güldürməkdə haqlıydı? 🤠 Bu da var ki, insanların bir şəxsiyyət kimi inkişafında çəkdikləri əzabların rolu danılmazdır. "Aydınlanma səyahəti"ni oxuyan oxucular bu haqda məlumatlıdırlar artıq. ‍ Gələk "Kandid" əsərinə. Tam adı “Kandid, yaxud optimizm” olan əsər fəlsəfi povestdir, 1758-ci ildə yazılıb. Mən əsəri türk dilində oxudum, orijinal dilindən S.İpek Ortaer Montanarı tərcümə edib. Tərcüməçi ön sözdə kandid sözünün izahını da yazıb. Dictionnaire de Trevouxda kandid sözü haqqında "kişilər üçün xüsusi ad. II yüzillikdə yazıçı rahiblərdən birinin adı olub" yazısı keçir. Digər tərəfdən latın dilində candidus "ağ" (bəyaz) deməkdir. Roma imperatorluğundakı candidat (namizəd) sözü də bu kökdən gəlir. Candidatın bəzi əhəmiyyətli vəzifələri vardı və ağ qiyafətlə örtünürdülər. "Kandid" əsərinin əsas şüuarı “Hər yamanlığın içində hansısa bir yaxşılıq gizlənir” fikridir. Əsərdə Volterin müasiri olan Leybnisin (əvvəllər fikirlərinə inanırdı) optimizm ilə bağlı baxışlarına qarşı çıxması, ironiyalarla onun inanclarını tənqid etməsi əks olunub. Roman boyu Volter bir çox hadisəni, ölkəni, kralı, insanı ələ salır, olayları iynələyici üsulla tənqid edir. Volter üçün həyat sürəkli səyahətdir. Əsərdə olduğu kimi, "həqiqət budur ki, insan səyahət etməlidir" (səh. 89). Azadlıq, bərabərlik, ədalət, xoşbəxtlik düşüncəsindən yola çıxaraq kainata səyahət yeni üfüqlərin açılmasına gətirib çıxaracaqdır. Doğrudur, bu yol heç də düzxətli olmur, daşlı-kəsəklidir, əzablar, pisliklər, çətinliklərlə doludur. Ancaq Kandid obrazı əsərin sonunda müəllimi Panqlossun (Leybnis) fikirlərini rədd edir. Uğura yetişməyin yolu kimi hər bir insanın “öz bağçasını becərməli olduğu” mesajını verir və öz optimizliyini sona qədər qoruyur. Əsər nə qədər çoxluq tərəfindən bəyənilən fəlsəfi povest olsa da, Kandid obrazı məndə bir o qədər güclü təsir buraxmadı. Bilmirəm, bəlkə əsəri türk dilində oxumaq o effekti vermədi. Ancaq misalçun, Cek Londonun Martin İden obrazı ( nə qədər faciəvi sonluq seçsə də) daha çox sevgi dolu, həyat dolu, canlı obraz idi. Nə qədər optimist obraz olsa da, Kandiddən bu canlılığı ala bilmədim. Povestdə rastladığım maraqlı məqam İstanbulda səyahətini tamamlayan qəhrəman türk müdriyin məsləhətiylə qarşılaşır. O müdrik deyir: "İşləmək bizdən üç böyük qüsuru, darıxmağı, pis vərdişləri və yoxsulluğu uzaqlaşdırır". Təbii ki, belə bir həqiqətə bürünmüş fikir harda deyilməydi? Əlbəttə, Şərqdə. Nəticə olaraq əyləncəli, ironiya ilə dolu bir əsər oxumuş oldum. Ana dilimizdə əsərlə bağlı bloqqer Əli Novruzovun youtube videosuna rastladım. Maraqlı məlumatlar çatdırır, danışığı da məzəlidir. Bundan başqa “Alatoran Yayınları” seriyasından dərc olunmuş Volterin “Kandid” əsərinə tərcüməçi Araz Gündüzün qəşəng bir ön sözü var. Arzu edənlər internetdən tapıb oxuya bilərlər. Oxuduğum kitabda Volterin "Kandid" povestiylə yanaşı "Mikromeqas" fəlsəfi hekayəsi də var. Sonda yenə qayıdaq Somerset Moemə. Belə təxmin etdim ki, S. Moem hər dəfə yeni romana başlamazdan əvvəl optimistliyini qorumaq üçün "Kandid"lə birlikdə səyahətə çıxıb özünü yeniləyirmiş. Xoş mütaliələr! @mumogluceylan (instagram)
Candide ve Micromegas
Candide ve MicromegasVoltaire · İthaki Yayınları · 20145,1bin okunma
·
104 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.