Qaraqan'ın yazdığı "Mələk" kitabı danışa bilməyən, danışılanı anlaya bilməyən və heç bir günahı olmayan bir Mələyin yer üzünə enməsi və sonra olanlar haqqındadır. Bildirmək lazımdır ki bu kitab cəmiyyət və onun quruluşuna, xalq və onu yaradan bizlərin iç üzlərinə tutulan bir güzgü kimidir. Qaraqan'ın daha gənc dövründə yazmış olduğu bu kitab diyaloq və hekayənin verilişi cəhətdən çox möhkəm olmasa da ölkəmizdəki ədəbiyyatın ən sərt nümunələrindən birisidir. 3 saat kimi bir vaxtda oxuya biləcəyiniz bu kitabın sonu heç gözləmədiyiniz kimi bitəcək.