Romanın baş qəhrəmanı Şahin İsgəndərli xaricdə fəaliyyət göstərən azərbaycanlı diplomatdır. Uzun illər ərzində həyatını müəyyən bir qaydaya saldığını düşünən səfir gözlənilməz bir xəbərdən sonra keçmişinə qayıtmağa məcbur olur. Hadisələr elə bu xəbəri aldıqdan bir gün ərzində baş verir, daha doğrusu baş qəhrəmanın keçmişi, xatirələri canlanır.