Alex Michaelidesin "Sessiz Hasta" kitabını bitirdim və çox bəyəndim. Kitabın sonuna qədər hadisələrin necə bitəcəyini təxmin etməyə çalışdım, amma sonluq məni tamamilə ters köşə etdi. Açığı, belə bir son gözləmirdim.Kitabın psixoloji tərəfi çox güclü idi. Hadisələr irəlilədikcə personajları daha yaxşı tanıdığını düşünürsən,amma,sonda hər şey dəyişir. Mənə görə hadisələrin bu nöqtəyə gəlməsində ən böyük günah Gabrielin idi.Həm Aliciaya xəyanət etməsi,həm də onun qorxularını ciddiyə almaması faciənin əsas səbəblərindən biri oldu.
Sonluğun bir qədər açıq qalması da maraqlı idi.Theonun sonrakı taleyi tam məlum olmur və bu barədə düşünməyə davam edirsən.Ümumilikdə, məni həm düşündürən, həm də təəccübləndirən bir kitab oldu. Psixoloji triller sevənlərə rahatlıqla tövsiyə edərdim.
Alex MichaelidesSessiz Hasta