10/10
·672 syf.··
Beğendi
·
2024 6. kitabı
·
6 günde okudu
·
Okunma: 02 Mart 2024 00:00
Və gəldik mənim üçün Elatlı yaradıcılığının zirvəsi hesab etdiyim "Qan ləkəsi" romanına. Bu əsər mənim oxuduğum ən dəyərli kitablardan biridir. Qalın həcmli olmasına baxmayaraq, oxuduğum ən sürətli kitablardan biri oldu. Romanı cəmi dörd gün ərzində bitirmişdim və yaratdığı təsir bu gün də mənimlədir. Maraqlıdır ki, müəlliflə ilk görüşüm zamanı ona hansı kitabından başlamağın daha doğru olacağını soruşmuşdum və o, mənə məhz "Qan ləkəsi"ni tövsiyə etmişdi. Hərçənd mən əvvəlcə digər əsərlərini oxumağı seçdim, sonradan bu kitabın niyə tövsiyə edildiyini çox yaxşı anladım. Əsərin ən güclü tərəflərindən biri obrazların yadda qalmasıdır. Xüsusilə Ələmdar obrazı, onun vətənə bağlılığı, düşüncələri və mübarizəsi məndə böyük təəssürat yaratdı. Kitabın bəzi hissələri məndəki vətənpərvərlik hisslərini daha da gücləndirdi və hadisələri sadəcə izləməyə deyil, onları hiss etməyə sövq etdi. Roman boyunca gərginlik və maraq bir an belə azalmır. Hadisələr axıcı şəkildə inkişaf edir və oxucunu daim özündə saxlayır. Hətta düşünürəm ki, bu əsər əsasında uğurlu bir film və ya serial çəkmək mümkün olardı. Düzdür, kitabın həcmi hər oxucu üçün uyğun olmaya bilər. Buna görə onu hər kəsə tövsiyə etməsəm də, uzun romanlardan çəkinməyən və səbirli oxucuların mütləq tanış olmalı olduğu əsərlərdən biri hesab edirəm. Mənim üçün isə "Qan ləkəsi" sadəcə sevdiyim bir kitab deyil, illər keçsə də təsirini itirməyəcək nadir əsərlərdən biridir.
Qan LəkəsiElhan Elatlı · Qanun Nəşriyyatı · 2015889 okunma
·
1 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.