“Xoşbəxtliyi nə uzatmaq nə qısaltmaq olar. Xoşbəxtsən vəssalam.Hətta ölümdə xoşbəxtliyə əngəl deyil, o sadəcə oyunun qaydalarına daxil olan bir təsadüfdür.” Cümlə kitabın məğzini o qədər dərindən ifadə edir ki, sadəcə heyranlıqla baxıram. Kitab insanı o qədər düşünməyə vadar edir ki. Xoşbəxtlik nədir? Xoşbəxtliyin nə olduğundan xəbərdarıqmı ya da həqiqətən dərk edirikmi? Azadlıq, təklik, qayğısızlıq, istədiyin şəkildə yaşamaq bunlar bizi xoşbəxtliyə çıxararmı? Ölümdə xoşbəxtliyin bir parçasıdırmı? Və bunun kimi yüzlərlə sual və bunlara cavabları Albert Camusun perspektivindən, xoşbəxtliyi axtaran, şüurlu tənhalığı seçən və hətta bunun üçün cinayəti belə gözə alan Patris Mersonun qəribə həyatı vasitəsilə aldığımız möhtəşəm kitab…