Bəzən özümüzü itirdiyimiz o anlarda yenidən özümüzə dönməyin, "biz" olmağın yolunu axtarırıq. Hakan Özkanın "Yeniden Biz Olmak" kitabı sanki içimizdəki o düyünləri səssizcə açır. Hər səhifəsi özümlə yenidən tanış olmağım üçün atılmış bir addım kimi idi. Əgər siz də ruhunuza toxunacaq, sizi sizə xatırladacaq bir bələdçi axtarırsınızsa bu kitabı mütləq kitabxananıza əlavə edin. İnsan ancaq öz yaralarını qəbul etdikdə sağalmağa başlayır '"biz" olmaq da buradan keçir.