Gönderi

160 syf.
8/10 puan verdi
·
Read in 3 days
Ədəbi mütaliə xaricində arabir belə kitablara susayıram. ------------------------------ Yaradıcılığı, araşdırmalarıyla göstərdiyi müstəsna xidmətlərinə görə "İslamın dəlili" ləqəbini almaq hər alimə qismət olmayıb. Alim deyəndə, bu kəlməyə bəsit yanaşmamalıyıq. İmam Qazali elə alimlərdəndir ki, həqiqətin sirlərini zərrə-zərrə kəşf etməkdən yorulmayıb, ona qaranlıq qalan məsələlərə böyük iradə, sonsuz həvəs hesabına aydınlıq gətirib və əldə etdiyi bilik, təcrübələri gələcək nəsillərə ötürüb. Hətta onun öyrənmə marağı haqqında başına gələn bir hadisə çox məşhurdur. Qazali Gürcandan Tusa qayıtdığı yolda soyğunçularla rastlaşır. Əlində nə varsa, hamısını götürüb aparırlar. Qazali arxalarınca qaçıb yalvarmağa başlayır ki, nə olar, bircə dərs qeydlərimə toxunmayın, onsuz o işinizə yaramayacaq. Soyğunçuların başçısı "Onlar nədir ki?" sualını verdikdə, Qazali "Onları öyrənmək üçün vətənimi tərk etdim, qürbətlərə getdim", deyir. Soyğunçuların başçısı istehzalı şəkildə gülməyə başlayır: "Sən onları necə öyrənmisən ki, biz onları əlindən aldıqda elmsiz qalırsan?", deyib qeydləri ona qaytarır. Bu hadisə və quldurbaşının haqlı tənəsi Qazaliyə o dərəcədə təsir edib ki, Tusa qayıdanda bütün qüvvətini toplayaraq həmin qeyd etdiyi biliklərin hamısını əzbərləyib. Hətta xatirələrdə qeyd edir ki, elə bir vəziyyətə gəlmişdim ki, başqa quldurlar qarşıma çıxıb qeydlərimi əlimdən alsaydılar, bunun mənə heç bir zərəri olmayacağını yəqin etmişdim. İmam Qazalinin Kadir Yetkinin hazırladıqları əsasında oxuduğum "Qəlb risaləsi" kitabını hər kəsin vaxtaşırı oxuyacağı, düşüncələrini, hislərini, mühakimələrini yenidən nəzərdən keçirəcəyi bələdçi kitab da adlandırmaq olar. Doğrudan da, elə mətləblər var ki, mütəxəssisi olmadığımız məsələlərdə işin əslini bilmədən müəyyən zənnlərə qapılır, hadisələri fərqli gözdə görür, yaxud öz aləmimizdə şərh edirik. Məsələn, birilərinə asanlıqla "Mən özümü tanıyıram", yaxud "Filankəsi yaxşı tanıyıram" demək, bu kitabı oxuyub bitirdikdən sonra nə qədər bəsit qalır, izah etmək çətindir. Hamımız bilirik ki, özünüdərk probleminin qoyuluşu çox qədim zamanlara aiddir, hətta antik Yunanıstanda Apollon məbədinin üstündəki yazıdan xəbərdarsınız. Ancaq islam fəlsəfəsi bu problemi özünəməxsus şəkildə şərh edir və Qəzalinin əsərləri bu baxımdan çox əhəmiyyətlidir. Qəzali özünüdərkin açarının harda olduğunu göstərir, amma o məqama çatmağın asan yol olmadığını, insanın hansı "mərhumiyyət"lərdən və hansı arınmadan keçərək o mərhələyə çatmasının yollarını göstərir. Bir kitabı oxuyub bitirdikdə başımızda sual işarəsi yaranmırsa, deməli o kitabın öyrədici tərəfi olmur. İmam Qəzalinin "Qəlb risaləsi"ni oxuyub bitirdikdən sonra özümə sualım bu oldu: - Ürəyimi (qəlbimi) kifayət qədər tanıyırammı, bilirəmmi? Xoş mütaliələr! @mumogluceylan
Kalp Risalesi
Kalp Risalesiİmam Gazali · Ahir Zaman · 20131,180 okunma
·
70 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.