Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

360 syf.
9/10 puan verdi
·
Beğendi
Halide Alptekin- Ağlama Tuna, 359 səh. Ağlama Tuna , Balkan müharibəsinin 100 illiyinə həsr olunmuş kitabdır. 1908’dən etibarən Osmanlının Balkanlardakı ipləri tamamilə qopmağa başlayır. Ruslar bolqarlar və serblər arasında ittifaqa nail olur , həmçinin Yunanıstan və Monteneqro da qoşulur və Balkan müharibəsi başlayır. Müharibə Zəif Osmanlınını çöküşə aparır. Dövlət balkanlardakı müsəlmanların sıxışdırılmasının qarşısını ala bilmir , məmurlarının maaşlarını ödəyə bilmədiyindən rüşvətxorluq , ayrıseçkilik baş alıb gedir . Müsəlman əhali qorxudularaq qaçırılır , çünki qətllərin ardı arası kəsilmir. Kocadede ləqəbi ilə tanınan Abdullah kişi ,oğlu Yunus , gəlini və nəvəsi ilə birgə Silistre’də yaşamaqdadır . Yunusun oğlu Həsən isə ailəsi ilə Üsküpdə (indiki Skopye- Makedoniya ) yaşamaqdadır. Yəni Məşhur Rumeli də :) . Rumelidə ortalıq qarışmağa başladıqda xristiyan din nümayəndəsinin övladı Həsənin oğlu Mustafa və onun ailəsinə sataşmağa başlayır. Adı Tantalus idi səhv etmirəmsə adı. Tantalus üçün insan öldürmək havaya atəş açmaq kimi bir şeydir . Başlayan qətllər öz ardınca köçü gətirir, ancaq hər şey gecdir . Çünki bütün Balkanlar müharibədədir . Sərhəd bölgəsi məhşəri çağırışdırır, bombalar , güllələr , qan gölü , parçalanmış cəsədlər ...Osmanlının çöküşü təsvir olunub kitabda. kitab çox axıcı və maraqlı tarixi romandır . Əbdülhəmidin məşrutiyyəti elan etməsi bütün idari səlahiyyətləri başqa millətlərdən də (hətta ermənilər , yəhudilər ) nümayəndələr olan məclisə verir . Əlləri güclənən Jön Türklər az sonra sultanı devirirlər . Osmanlının çöküşü elə bu devirmədən başladı . Sonralar Jön türklər Osmanlı I Dünya Müharibəsini uduzanda hərəsi ölkələrini pis gündə qoyub bir Avropa ölkəsinə qaçdı və Ənvər paşa belə Sultanın devrilməsindəki səhvliyi dəfələrlə dilə gətirdi. Türk tarixi bu cür satqınlıqlarla zəngindir , nə qədər güclü olursan ol daxildən öz güvəndiyin zərbə vurar sənə . Ona görə də Allah bizi yaxınlarımızdan qorusun , düşmənlərlə özümüz bacararıq.
Ağlama Tuna
Ağlama TunaHalide Alptekin · Yitik Hazine Yayınları · 201250 okunma
·
75 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.