Gönderi

10/10
·160 syf.··
2019 1. kitabı
·
3 günde okudu
·
Okunma: 03 Ocak 2019 22:34
Bir kitab, ancaq bu qədər gözəl ola bilərdi. Xüsusilə, qadınların, yazıçı olmaq istəyən qadınların oxumalı olduğu kitabdır. Kitabda əsrlər boyu, günümüzdə də beyinləri yoran sual olan "niyə qadın yazıçılar azdır?" sualına cavab tapacaqsınız. Niyə qadın yazıçılar bu qədər azdır? Niyə qadın yazıçılar kişilər qədər məşhurlaşa bilmir? Bu suallara araşdıraraq cavab verir, Virciniya. Əsər ədəbiyyat dünyasının feminist məqaləsi hesab olunur. Qadınları müdafiə edərkən, kişiləri daş-qalaq etmir. İki cinsiyyətində nifrətini pisləyir. Bir-birinə nifrətlə qələmə alınmış kitabları tənqid edir. Qadın yazıçıların kitablarını təhlil edir. Hansı düşüncə ilə yazdıqlarına aydınlıq gətirir. Azad qadın düşüncəsi ilə, yoxsa dövrünü tələblərinə tabe olaraq mı yazıblar? Kişi yazıçıların qadınlar haqqında yazdıqları kitabları təhlil edir. Ədəbiyyatdakı qadınla real həyatdakı qadını qarışlaşdırır. Aralarındakı uçurumu göstərir. Qadınların ədəbiyyatdakı yerinin dövrlərə görə necə dəyişdiyinə şahid olacaqsınız." Bir qadın olmaq və yazmaq arzusu ilə doğulan qadın olmaq nə deməkdir?" bu suala cavab tapacaqsınız.
Kendine Ait Bir OdaVirginia Woolf · İndigo Kitap · 201748,2bin okunma
··
125 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.