Gönderi

360 syf.
5/10 puan verdi
·
22 günde okudu
“Domino Adamlar” kitabını 2015də Türkiyədə olanda almışdım. “Niyə domino?” deyərək, böyük bir maraqla aldığımı indinin özündə də xatırlayıram. Fəqət oxumaq üçün 2019-zu gözlədim)) Gürcüstana gedərkən, təyyarədə və yollarda oxumağa kitab axtaranda: “bəli, sənin vaxtın gəldi” deyərək kiçik kitabxanamdan seçmişdim. Kitab maraqlı idi. Sonacan həyəcan və maraqla oxudum. Lakin sonluq biraz gözlədiyimdən fərqli oldu. Fərqli adı altında vurğulamaq istədiyim məyus edici olmasıdır. Kitabdan alacaqlarıma dair gözləntim daha böyük idi. Amma maraqlı bir neçə məqamı vurğulamasam olmaz. Kitabı oxuduqca suallarla baş-başa qalırdım. Mən niyəsə bu kitabdakı kinayəni bir növ Viktoriya erası ilə əlaqələndirdim. Londonda baş verən hadisələri də bu era ilə birləşdirdim. Özəlliklə, kitabda “bir ingilis, bir irlandiyalı və bir isveç” deyə 3-lü vurğulanıb. Maraqlısı budur ki, 1800-cü illərdə işləmək üçün Londona gələn insanlar əsasən irlandiyalı və isveçlər olub. Bu bir təsadüf ola bilərmi deyə düşündüm və kitabda yazılanla razılaşaraq, təsadüflərə inanmadığımı bəyan etmək istəyirəm. Vəziyyət belə olduğu təqdirdə, əlaqələndirmələrimin altında az-çox əsas tapıram. Amma yenə də əmin olmaq üçün bu haqda biraz araşdırma edəcəm) Kitabda həyatdan nümunələr, cümlələr vardı. Bəzi məsələlərə kəskin fərqli baxış tərzləri ilə də qarşılaşdım və düzü bəyəndim. Uzatmadan vurğalayım, kitabı tövsiyə edirəmmi? Əslində həm hə, həm yox. Özünüz qərar verin)) Sadəcə onu deyim ki, vaxt itkisi deyildi.
Domino Adamlar
Domino AdamlarJonathan Barnes · Maya Kitap · 201014 okunma
·
21 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.