Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bu yazıda hər şey var: sevgi, ağrı, fəlsəfə, irfan, həyat, Bu yazının başına hava gəlib Bəzən mənə elə gəlir ki, dünyamızı bu günə qoyan ağıllı adamlar, ifrat hesab-kitablı, həddən-ziyadə rasional, ölçülü-biçili addımlardır. Bəzən mənə elə gəlir ki, dünyanı cəmi bircə günlük dəlilərin ixtiyarına buraxsaq cənnətə çevirərlər buraları. Dəlilik nə deməkdir? Ağılın işdən düşməsi, beləliklə, insanın ürəklə idarə olunması! Ürəklə idarə olunan bir dünya təsəvvür edin, samanlıq seyran olmazmı? Tutalım, indi ürəyinnən keçdi, bütün standartları pozmaq, havalanmaq, dəlilik eləmək istədin. Bəziləri kimi küçəyə çıxıb insanların üstünə qışqırmağa, parltarlarını tərsə geyməyə, sağa-sola tüpürməyə-filana nə var ki? Belə də bəsit dəlilik olar? Dəlilik eləyəndə də gərək lap zırından eləyəsən ki, ürəyin soyusun, axı baha başa gəlir, axı hər gün eləmək olmur. Hə e, hə, dəliliyin də yüz cür növü, min bir türü var; məsələn, neyliyəsən?... Şəstlə çıxarasan yeni aldığın maşınının açarını, qoyasan əzab-əziyyət içində çabalayan bir ehtiyaclının ovcuna, deyəsən ki, qaqa canı, sənindi, istəsən sür, istəsən sat, öz işindi. Şoka salasan adamı, sıxıntılı həyatını alt-üst edəsən. Böyürdən baxanlar yaxınlaşıb deyə ki, a kişi, başuva hava gəlib? Qayıdasan ki, ala, həri, gəlib, sora?... Yığasan şəhərinizin bütün dilənçilərini, gətirəsən ən qəşəng restoranlardan birinə, bir aydı həsrətlə gözlədiyin maaşının ən son qəpiyinə kimi xərcləyəsən bu bir gözü tox, bir gözü ac insanlara, doyurasan qarınlarını, güldürəsən üzlərini, istəsən, hətta məzəyçün deyəsən ki, kef eliyin, mən bu restoranın sahibiyəm, musiqi də təşkil edəsən onlara. Təəccübdən gözü bərəlmiş ofisiantların ciblərinə beşdən-üçdən basıb tapşırasan ki, əziz adamlarındı, ən yüksək səviyyədə xidmət eləsinlər; Tutalım, dilənçilərdən biri də vura üzlü çıxa, üstünə qışqıra ki, ala, bəs elə bu? Kefini pozmuyasan, qoşulasan ona, gələsən, nimdaş geyimdə, hansısa bir metronun çıxışında dayanıb axşamacan dilənçilik eliyəsən, sonra da yığdığını onun ovcuna töküb deyəsən ki, qaqam, mənnən bu qədər... Dəlilik də eliyəndə beləsinnən eləyəsən, yoxsa şəhərin mərkəzində səfehcə bağırmağa nə var ki? Çıxasan öz komfort, qəşəng evindən, bağışlayasan onu hansısa atasız, üç uşaqlı ailəyə - bircə xəfif təbəssüm qarşılığında. Sonra da bir ömür kirayədə yaşayasan. Bəs nə? Dəlilik özüylə bir ömürlük narahatlıq gətirmədisə o nə dəlilik oldu? Bəli, əzizim, dəliliyin də imanlısı, imansızı, gerçəyi, yalanı olur. Mən dediyim, gerçək dəlilikdi, sən dediyin - onun imitasiyası... Bəzən mənə elə gəlir ki, dünyamızı bu günə qoyan ağıllı adamlar, ifrat hesab-kitablı, həddən-ziyadə rasional, ölçülü-biçili addımlardır. Bəzən mənə elə gəlir ki, dünyanı cəmi bircə günlük dəlilərin ixtiyarına buraxsaq cənnətə çevirərlər buraları. Dəlilik nə deməkdir? Ağılın işdən düşməsi, beləliklə, insanın ürəklə idarə olunması! Ürəklə idarə olunan bir dünya təsəvvür edin, samanlıq seyran olmazmı? Məsələn, istəsəz bir fikir verin, "dəli şeytan"ın dedikləri çox vaxt ilahi şeylər olur.
·
17 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.