Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

100 syf.
8/10 puan verdi
·
10 günde okudu
"Sevgi ölümdən də güclüdür". Turgenyev - "Klara Miliç"
İS. Turgenyev yaradıcılığına, eləcə də yaradıcılığının "qəribə povestlər" qisminə çox sayda tədqiqat işləri həsr edilib. Yazıçının yaradıcılığında aparıcı mövzulardan biri, şübhəsiz, sevgidir. Həyat boyu Turgenyev öz yaradıcılığında bu hissi müxtəlif aspektlərdən dərk etməyə, bu hissin təbiətinin insanın daxili dünyasına təsirini, qoyduğu izi anlamağa çalışıb. Turgenyev yaxşı başa düşürdü ki, gizli təbiətə, mistik əsasa malik olan sevgi - emosiya bir çox nöqtələrdə anlaşılmazdır, bu haqda konkret izah vermək mümkün deyil. Yazıçının bu cür izaholunmaz sevgi mövzusuna həsr edilmiş "qəribə povestlər" sırasına daxil olan əsərlərindən biri də ömrünün sonunda yazdığı "Klara Miliç" əsəridir. Turgenyev məktublarında ona danışılan real hadisəni xatırladıb. 1873-cü ildən Böyük teatrın səhnəsində istedadlı aktrisa Yevlaliya Pavlovna Kadminanın (Klara Miliçin prototipi) uğurları artmağa başalyıb. Sonrakı illərdə Kadmina sənətini inkişa etdirmək üçün müxtəlif şəhərlərə, Peterburq, Kiyev, Xarkov, Odessa, hətta İtaliyaya da gedib. 1881-ci ildə elə teatr səhnəsində aktrisa Kadmina zəhər içərək intihar edib. V.D. Alenitsın (Aratovun prototipi) bir dəfə Kadminanı görərək ona aşiq olub. Aktrisanın ölümündən sonra onun sevgisi ağır zehni xəstəliyə keçib. Bəzi memuar yazıçılarının fikirlərinə görəsə, Alenitsın aktrisa Kadminaya onun ölümündən sonra aşiq olmuşdu. Bu həyat dramı o vaxtlar böyük səs salmışdı. Davamı... ceylanmumoglu.com/article/is-turg...
Klara Miliç
Klara MiliçIvan Turgenyev · Türkiye İş Bankası Kültür Yayınları · 20182,592 okunma
·
7 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.