·189 syf.··Beğendi
···Okunma: 10 Temmuz 2019 14:22 Bu kitab uşaq ədəbiyyatı silsiləsində olsa da, mənim fikrimcə yaşı yuxarı olan insanlar da bu kitabı oxumalıdır. Yazıçının bu kitabını, kitabın arxa hissəsindəki özünün yazdığı yazısı ilə anlatmaq istərdim, məhz elə bu yazı yuxarıdakı dediyim sözləridə təsdiqlədir:
Sən asanlıqla öz əhatəndə “Müqəvva”nın qəhrəmanlarını tapa bilərsən. Əclaflıq, qorxaqlıq və satqınlığa elə indi də tez-tez rast gəlirik.
Və ən son olaraq yazar belə bir cümlə işlədib ki, bu çox xoşuma gəldi və bu cümlə hekayənin baş qəhrəmanı ilə əlaqəlidir: “Amma bütün bunlara baxmayaraq istərdim ki, həyatda sənin qarşına həmişə Lenka Bessolçeva kimi insanlar çıxsın. Onda sənin həyatın daha asan və işıqlı olar”. Necə də gözəl deyib yazıçı.