Gönderi

325 syf.
8/10 puan verdi
·
Read in 21 days
Romanın nəqledilmə texnikasının fərqliliyi budur ki, Kiz yaratdığı obrazın həyat mərhələlərini, əqli inkişafdan geri qalma, əməliyyatdan sonrakı dəyişmə, intellektual inkişaf mərhələsi, dahinin çiçəklənmə dövrü və sonra da tənəzzülü dövrü, sürətli geriləmə, yenidən əqli geriləməyə dönüş: bütün bunlar fəsillərin bir-birini əvəz etməsi ilə simvollaşdırılıb; yaz, yay, payız, qış. Gündəlikdəki tarixlər yaz aylarında başlayır və payızın sonlarında bitir. Sonda Çarli Qordon ömrünün qış dövrünü, qalan hissəsini xüsusi klinikada keçirməyə məcburdur. Eyni zamanda romanın başlanğıcından sonuna qədər mətn dilinin də qəhrəmanın dəyişmə mərhələlərinə görə fərqləndiyinin şahidi oluruq. Əvvəldə kəmağıl obrazın oxucuya nəql etdikləri, getdikcə oxucu qarşısında daha intellektual obrazın peyda olması, sonra tənəzzül dövrü və başlanğıcdakı mətnə qayışıdış müşahidə olunur. Romanda maraqlı məqamlardan biri də yazıçının cəmiyyət içində kəmağıl və dahi insanlara qarşı münasibəti paradokslu əks etdirməsidir. Roman qəhrəmanı Çarliyə çörəkxandakı işçilər, onun dostları lağ edib gülürdülərsə (Çarli bunu onların xoşuna gəlməsi kimi dəyərləndirirdi), əməliyyatdan sonrakı dəyişiklik dövründə, dahi olduğu zaman ona əsəbiləşirdilər, ondan qaçırdılar və Çarli yenə də yalqızlığa məhkum olmuşdu. Hətta aşiq olduğu müəllimə Alisa ilə belə doğru, normal münasibət qurmaqda çətinliklər yaşayırdı. Cəmiyyətdə Çarli kimi kəmağıl və dahi insanlara yer yoxdur. Ona görə də Çarli yeganə təsəllisini siçan Elcernonda tapır. Elcernonu müşahidəyə alır, onu izləməklə öz əqli inkişafını və tənəzzülünü də izləyir, dostu siçan öldükdə, belə bir sonluğun onu da gözlədiyini dərk edərək məyus olur. Yazının tamamı: ceylanmumoglu.com/article/elcerno...
Algernon'a Çiçekler
Algernon'a ÇiçeklerDaniel Keyes · Koridor Yayıncılık · 2015112 okunma
·
22 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.